A

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Clarivate Analytics şirkəti arasında bağlanmış müqavilə əsasında 40-dan çox ali təhsil müəssisəsi “Web of Science®” elmi platformasına çıxış əldə edib.

Azərbaycanın tədqiqatçı və alimlərinə dünyanın ən reytinqli və nüfuzlu elmi jurnallarına, konfrans materiallarına və monoqrafiyalarına çıxış əldə etmək imkanı alimlərimizin tədqiqat nəticələrinin dünya akademik ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Əməkdaşlıq nəticəsində 2018-ci ildən bəri Azərbaycan “Web of Science®” platforması üzrə olan publikasiya sayına görə Cənubi Qafqaz ölkələri arasında liderdir.

Clarivate Analytics şirkəti ənənəvi olaraq, hər ay yalnız öz tərəfdaşları üçün vebinarlar təşkil edir. Vebinarların əsas məqsədi alim və tədqiqatçılara, eləcə də administrativ heyətə elmi publikasiyaların nəşri və məlumatların analizi ilə bağlı əsas bilik və bacarıqları çatdırmaqdır. Bu vebinarlar şirkətin qabaqcıl və beynəlxalq sertifikatlı ekspertləri tərəfindən aparılır.

Clarivate Analytics şirkəti UNEC-in pedaqoji heyətini bu vebinarlarda iştirak etməyə dəvət edir.

İlk payız vebinar sessiyalarının CƏDVƏLİ  

Sentyabr vebinarları əsasən 3 istiqamətdə aparılacaqdır:

- Web of Science: elmi informasiyanın axtarış sistemi

- Elmi informasiyanın analizi: Clarivate-in alimlər və administrativ heyət üçün təklif etdiyi informasiya vasitələri

- Beynəlxalq jurnallarda publikasiyalar dərc etmək üçün praktik məsləhətlər

Vebinarlarda iştirak etmək üçün əsas şərt öncədən qeydiyyatdan keçməkdir.

Qeydiyyat

 Vebinarlar tam olaraq ödənişsizdir və göstərilən şərtlər üzrə iştirak edən hər bir kəs yekunda sertifikatla təltif ediləcəkdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay