Maliyyə savadlılığının artırılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Sparkasen-Finanzqruppe tərəfindən vebinar keçiriləcək.
Tədbir 11 noyabrda Zoom platforması üzərindən təşkil olunacaq.
Vebinarda spikerlər tərəfindən pulun idarə edilməsi, gələcək sərmayə olaraq istifadə edilməsi, müştəri-bank münasibətləri, pulu bankda saxlamağın üstünlükləri, Mərkəzi Bankın rəqəmsal identifikasiya sistemi haqqında çıxışlar ediləcək və müzakirələr aparılacaq.