UNEC-in müəllim-professor heyəti üçün “Marie Skladovskaya-Küri” təqaüd və qrant proqramı barədə vebinar təşkil ediləcək. 

“Marie Küri” proqramı Avropa İttifaqı ölkələri tərəfindən maliyyələşdirilən və tədqiqatçıların Avropada təlim, mobillik və karyera inkişafını təmin edir. Tədqiqatçılar proqram vasitəsilə xarici ölkədə təcrübə qazanmaq, təlim və karyeralarında daha böyük irəliləyiş imkanı əldə edəcəklər.

Hər bir tədqiqatçının xaricdəki yaşayış xərcləri, o cümlədən, mübadilə proqramı çərçivəsində hər hansı universitetdə təhsil alan doktorantların bütün universitet xərcləri proqram tərəfindən maliyyələşdirilir. Təqaüdün məbləği müraciət edilən universitetdən və fəaliyyət növündən asılı olaraq dəyişir.

Proqrama elmi-tədqiqat müəssisələri, universitet, şirkət və qeyri-hökumət təşkilatları, dokrorant və alimlər müraciət edə bilərlər. 

Proqram üzrə 4 fəaliyyət növü vardır:

✓ Elmi tədqiqatçılar şəbəkəsi (Research Network)
✓ Fərdi təqaüdlər (Individual Fellowship)
✓ Elm və İnnovasiya üzrə kadr mübadiləsi (Research and Innovation Staff Exchanges)
✓ Birgə maliyyələşdirmə (Co-funding)

Vebinar 2 mart, 2021-ci il tarixində saat 11:00-da Zoom platforması vasitəsilə keçiriləcək. Onlayn sessiya zamanı iştirakçıların sualları cavablandırılacaq. 

Vebinarda iştirak etmək istəyən şəxslər ad, soyad və vəzifəsini 28 fevral, 2021-ci il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına göndərərək, qeydiyyatdan keçə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay