A

UNEC-də “Biliyin yayılması, innovasiya, universitetlər” mövzusunda onlayn seminar keçiriləcək.

Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri dos. Altay İsmayılovun  moderatorluğu ilə keçiriləcək seminarda Köln Biznes Məktəbinin Strateji İdarəetmə üzrə professoru  Dr. Odiljon  Abdurazzakov, Təhsildə İnnovativ Texnologiyalar  Əlavə Təhsil Mərkəzinin direktoru dos. İsa Qasımov, Bilik İqtisadiyyatı  UNEC Tədqiqat Mərkəzinin tədqiqatçısı Təhmasib Əlizadə məruzələrlə çıxış edəcəklər.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və  Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

2 aprel 2021-ci il tarixində saat 18.00-da keçiriləcək onlayn seminara ZOOM platforması üzərindən  https://zoom.us/j/95623582650  vasitəsilə qoşula bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay