Azərbaycan Dövlət İqtisad Universiteti təmir işlərinin aparılması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

Lot-1. Təmir işlərinin satın alınması

Tenderdə iştirak etmək üçün iddiaçılar 300 manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasından ala bilərlər.

Əlaqələndirici şəxs: Aqil Əhmədov.
Əlaqə telefonu: (012)  492-59-23

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

VÖEN   1700091281

Bankın adı: “Kapital Bank” ASC-nin Səbail filialı

VÖEN  9900003611

M/H     AZ37NABZ01350100000000001944

H/H:    AZ96AIIB33010019443507362105

Kodu: 200059

SWIFT: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • tender təklifi (zərflərin açıldığı tarixdən 30 bank günü qüvvədə olmalıdır);
  • tender təklifinin dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən 60 bank günü qüvvədə olmalıdır).
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar (arayışların tarixləri tender elanından sonra olmalıdır);
  • iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 15 oktyabr 2018-ci il tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 22 oktyabr 2018-ci il saat 17:00-dək  Azərbaycan Dövlət İqtisad Universitetinin Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6 ünvanına yazılı formada təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri  23 oktyabr 2018-ci il, saat 11:00-da Azərbaycan Dövlət İqtisad Universitetinin Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşən əsas binasında yerləşən iclas zalında açılacaqdır.

 Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.  

Tender Komissiyası

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay