A

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universiteti
tədris binalarının və  Quba rayonu 2-ci Nügədi kəndində yerləşən Quba Tədris, İdman və İstirahət Kompleksinin mühafizəsinin təşkilini təmin etmək üçün 

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

Lot-1.  Mühafizə xidmətinin satın alınması.

Tenderdə iştirak etmək üçün iddiaçılar  300 manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasından ala bilərlər.

Əlaqələndirici şəxs: Aqil Əhmədov
Əlaqə telefonu: (012)  492-59-23

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

VÖEN   1700091281

Bankın adı: “Kapital Bank” ASC-nin Səbail filialı

VÖEN  9900003611

M/H     AZ37NABZ01350100000000001944

H/H:    AZ96AIIB33010019443507362105

Kodu: 200059

SWIFT: AIIBAZ2X

İştirak haqqı hec bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • tender təklifi (zərflərin açıldığı tarixdən 30 bank günü qüvvədə olmalıdır);
  • tender təklifinin dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən 60 bank günü qüvvədə olmalıdır)
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin almaması haqqında müvafiq vergi orqanlarından arayış;
  • iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı ;
  • iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizintəri;
  • Mühafizə xidmətinin göstərilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziyanın sürəti;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 11 yanvar 2019-ci il tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 18 yanvar 2019-ci il saat 17:00-dək “Azərbaycan Dövlət İqtisad Universitetinin”, Bakı şəhəri, İstiqlaliyyət küç. 6 ünvanında yerləşən əsas binasına yazılı formada təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 21 yanvar 2019-cu il, saat 11:00-da “Azərbaycan Dövlət İqtisad Universitetinin”, Bakı şəhəri, İstiqlaliyyət küç.6 ünvanında yerləşən əsas binasının, akt zalında açılacaqdır.

Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI                                                   

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay