A

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universiteti
dəftərxana, nəşriyyat, təsərrüfat mallarının və İKT avadanlıqlarının
satınalınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçiriləcək.
Lot 1 – Dəftərxana, nəşriyyat, təsərrüfat mallarının və İKT avadanlıqlarının satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, mal, iş və xidmətlərin qısa müddətdə təhvil verilməsi, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Əlaqələndirici şəxs: Aqil Əhmədov
Əlaqə telefonu: (012) 492-59-03, daxili 1127
Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küç. 6

Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) aşağıda qeyd olunan hesaba 300 (üç yüz) manat məbləğində vəsaiti ödədikdən sonra tenderdə iştirak etmək üçün elektron müraciət edərək, dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri:

VÖEN   1700091281

Bankın adı: “Kapital Bank” ASC-nin Səbail filialı

VÖEN  9900003611

M/H     AZ37NABZ01350100000000001944

H/H:    AZ96AIIB33010019443507362105

Kodu: 200059

SWIFT: AIIBAZ2X

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.

  1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
  3. Tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır)
  4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
    • Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
    • Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
    • Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlər şəklində və formalarda təqdim olunmalıdır);
    • Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
    • İddiaçılar tərəfindən işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış;
    • Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
    • Mikro, kiçik və ya orta sahibkarlıq subyekti olmasını təstiq edən sənədlər;
    • Müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 12.12.2019-cu il saat 17:00 kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank zəmanətini 20.12.2019-cu il, saat: 11:00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifləri zərfləri 23.12.2019-cu il tarixində saat: 11:00-da - elektron portal vasitəsilə açılacaqdır.

Qeyd: Tenderdə iştirak,tenderin qiymətləndirməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Tender komissiyası

TOP XƏBƏRLƏR