A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dərbənd filialına 2018/2019-cu tədris ili üçün bakalavr təhsili üzrə abituriyent qəbulu elan edir. Qəbul Dünya iqtisadiyyatı; Maliyyə və kredit; Mühasibat uçotu, təhlil və audit; Ümumi iqtisadiyyat ixtisasları üzrə əyani və qiyabi təhsil forması üzrə aparılır.

Təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti əyani forma üzrə 4 il, qiyabi forma üzrə 5 ildir.

Rusiya Federasiyasının vətəndaşları Rusiya Federasiyasının mövcud qaydalarına uyğun olaraq Vahid Dövlət İmtahanı (ЕГЭ) əsasında qəbul edilir.

Azərbaycan Respublikasının vətəndaşları üçün Riyaziyyat (test üsulu ilə), Azərbaycan və ya rus dili (imla), Coğrafiya (test üsulu ilə) fənləri üzrə qəbul sınaq imtahanları keçirilir.

Sənədlər aşağıdakı tarixlərdə qəbul edilir:

Əyani tədris forması üzrə büdcə hesabına plan yerlərinə:

- Vahid dövlət imtahanı (ЕГЭ) nəticələrinə əsasən, 20 iyun – 26 iyul 2018-ci il tarixlərində;
- Filial tərəfindən təşkil edilən sınaq imtahanlarının nəticələrinə əsasən, 20 iyun – 20 iyul 2018-ci il tarixlərində.

Əyani tədris forması üzrə ödənişli plan yerlərinə:

- Vahid dövlət imtahanı (ЕГЭ) nəticələrinə əsasən, 20 iyun – 25 avqust  2018-ci il tarixlərində;
- Filial tərəfindən təşkil edilən sınaq imtahanlarının nəticələrinə əsasən, 20 iyun–20 avqust  2018-ci il tarixlərində.

Qiyabi tədris forması üzrə ödənişli plan yerlərinə sənəd qəbulu Vahid Dövlət İmtahanı (ЕГЭ) və filial tərəfindən təşkil edilən sınaq imtahanlarının nəticələrinə əsasən 20 iyun–26 oktyabr 2018-ci il tarixlərində aparılacaq.

Müsabiqədə iştirak etmək üçün Dərbənd filialında yerləşən müvafiq komissiyaya aşağıdakı sənədlər təqdim edilməlidir:

- Qəbul üçün xüsusi ərizə;
- Şəxsiyyət və vətəndaşlığı təsdiq edən sənədin rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;
- Təhsil haqqında sənədin əsli və rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;
- Foto (3×4 ölçüdə, 5 ədəd)
- Qeydləri rus dilində aparılmış tibbi arayış (Forma 086-U)

Qəbul komissiyası həftənin 5 günü saat 9:00-dan 18:00-dək, şənbə günü 9:00-dan 16:00-dək fəaliyyət göstərir. Qəbul barədə ətraflı məlumatı rəsmi www.ageu-derbent.ru saytından, +79289377258; +79675820173; +78724045285 telefon nömrələrindən və Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanından əldə etmək mümkündür.

Ünvan: Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri, Heydər Əliyev küçəsi (keçmiş Sovetski küç.), ev 10B (auditoriya 101)

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay