Sertifikat proqramının təşkilində məqsəd Azərbaycan Respublikası təhsil qanunvericiliyinin və Bolonya prosesinin tələbləri nəzərə alınmaqla tədris prosesinin hər mərhələsində tələbələrə peşəkar xidmət göstərə biləcək akademik məsləhətçilərin hazırlanmasıdır.

Kursun proqramı tədris prosesinin bütün mərhələlərini əhatə edir və bu sahədə təcrübəli ekspertlər öz bliklərini və praktik təcrübələrini təlim iştirakçıları ilə paylaşacaqlar.

Sənəd qəbulu ancaq elektron qaydada www.kabinet.unec.edu.az linkindən qeydiyyatdan keçməklə həyata keçirilir. Namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda kursda iştirak etmək hüqu­qunu qazanırlar.

Proqram 15.04.2019-cu il tarixindən başlayaraq 3 ay müddətinə təşkil olunacaqdır. Təlimlər işdən ayrılmadan distant formada təşkil ediləcək və ödənişlidir. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılar topladıqları bala uyğun sertifikatla təmin olunacaqlar.

Sənədlərin qəbulu 2019-cı ilin martın 12-dən aprelin 12-dək aparılacaq.

  Kursda iştirak etmək istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:

  • Rektorun adına ərizə;
  • Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə  birlikdə);   
  • İş yerindən arayış və ya əmək kitabçasından çıxarış (işlədiyi halda);
  • 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;
  • Şəxsiyyət vəsiqəsinin surəti.

Ünvan: İstiqlaliyyət küçəsi 6, otaq 310
Tel.: (012) 492-59-25
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR