A

Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin Texnologiya transfer şöbəsi PATENTŞÜNAS vəzifəsinə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  1. Əqli mülkiyyətə iddia sənədinin hazırlanması işində və yazışmalar zamanı müəllifə köməklik göstərmək, müəlliflərin qeydiyyatını və hesabatı aparmaq;
  2. Müəlliflər ilə birgə ixtiralara ölkədə və xaricdə patent alınması üçün tələbnaməni tərtib etmək, yerli və əcnəbi patent təşkilatları ilə yazışmaları aparmaq, lisenziya satışı işini və lisenziya müqavilələri üzrə öhdəliklərin icrasını təşkil etmək;
  3. İxtira və səmərələşdirici işlər üzrə plan, hesabat və smeta tərtib etmək;
  4. Əqli mülkiyyətə görə müəlliflərə mükafatın ödənilməsi üçün köməkli göstərmək.

Vakant vəzifə üzrə tələblər:

  1. Müvafiq sahədə ali ixtisas təhsili (əmək stajına fərq qoyulmadan);
  2. Əqli mülkiyyət üzrə biliklərinin olması:
  • patentşünaslıq sahəsinə aid olan qanunvericilik aktları;
  • patentşünasın fəaliyyətini tənzimləyən normativ-metodik sənədlər;
  • əqli mülkiyyət obyektləri ilə əlaqədar münasibətləri tənzimləyən qanunvericilik;
  • əqli mülkiyyət obyektlərinin mühafizəsi üçün onların icra müddətlərini və hüquqi mühafizənin əhatəsi və mühafizə edilməsi tələb olunan və olunmayan obyektlər;
  • əqli mülkiyyət obyektinə müəyyən edilmiş tələblər;
  • əqli mülkiyyət obyektlərinə mühafizə sənədlərinin alınmasını və onların qeydiyyatı və mühafizə sənədinin verilməsi üçün iddia sənədinin tərtib olunması;
  • informasiya axtarışının aparılması qaydasını;
  • iddia sənədinin tərtib olunması;
  • xarici dövlətlərdə ixtiraların və faydalı modellərin patentləşməsi qaydasını;
  • iddiaçıların, patent sahiblərinin və müəlliflərin hüquqlarının müdafiəsi;
  • əqli mülkiyyətdən istifadə ilə bağlı mülki qanunvericiliyi, müəllif və patent hüquqlarının pozulmasına görə inzibati məsuliyyəti, vərəsəlik və varislik hüququnu, hüquqi şəxs anlayışını, ədalətsiz rəqabət anlayışını, inzibati və ya məhkəmə qaydasında mülki hüquqların müdafiəsini, ixtira və patent hüquqlarının pozulmasına və əmtəə nişanının qanunsuz istifadəsinə görə inzibati və cinayət məsuliyyətini.
  1. Xarici dil bilikləri (rus və ingilis);
  2. Müvafiq sahə üzrə sertifikat.

*
Qoyulan tələblər üzrə uyğun namizədlər CV-lərini 19 iyul 2019 tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. mail ünvanına göndərə bilərlər.

Əlaqə : (012) 492-84-38; (012) 492-72-98
UNEC Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin Texnologiya Transfer şöbəsi
UNEC I tədris binası, otaq 328

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR