Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura mərkəzinə qəbul (Texniki - texnoloji ixtisaslar) olunmuş bakalavrların sənədlərinin I mərhələ qeydiyyatı II tədris binasında 27  iyun -10 iyul 2019-cu il tarixlərdə saat 1000- 1700- da (şənbə və bazar günləri istisna olmaqla) 108 saylı otaqda aparılacaqdır.

Magistraturaya qeydiyyat üçün lazım olan sənədlər:

  1. Şəxsiyyət vəsiqəsinin surəti 3 ədəd;
  2. 4 ədəd 3x4 ölçülü foto şəkil (rəngli);
  3. Əvvəlki tədris illərinin məzunları üçün bakalavr diplomunun notariusda təsdiq olunmuş surəti;
  4. 2018/2019-cu tədris ilində ali məktəbi bitirənlər üçün bakalavr pilləsini bitirməsi haqda arayış (bitirdiyi ali məktəbin dekanlığından);
  5. Məcburi köçkünlər üçün özünün və valideynlərinin məcburi köçkün olduqları haqda vəsiqənin surəti, şəxsiyyət vəsiqəsinin surəti və rektorun adına ərizə;
  6. Ödənişli əsaslara qəbul olanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay