2020/2021-ci tədris ili üzrə UNEC-in “Dünya iqisadiyyatı”, “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat” və “Biznesin idarəolunması” ixtisasları üzrə 2-ci kurs tələbələri üçün Montpellier Universitetinin ikili diplom proqramına qəbul başlayıb.

Proqrama qəbul olan UNEC-in tələbələri 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr UNEC-ə qayıdaraq, təhsillərini 4-cü kursdan davam edəcəklər. Bu zaman Fransada oxuduqları müddətdə tələbələrimizə Montpellier Universitetinin tələbə kartları veriləcək.

Əsas qəbul şərtləri:

  • UNEC-in ikinci kurs tələbəsi olmaq
  • Minimum orta bal (ÜÖMG) – 81 bal
  • İngilis dili – B2

Tərəfdaş universitet - Montpellier Universiteti
Müddət - 1 il
Tədris dili - İnglis dili
Təhsil haqqı - 2250 avro
Qeydiyyat haqqı - yoxdur

Tədrisin başlanması - 2020-ci il, sentyabr
Tədrisin bitməsi -2021-ci il, aprel

Son müraciət tarixi - 15 may 2020-ci il

Məlumat əldə etmək və sənədləri təqdim etmək üçün:

Afət Ələkbərova
UNEC, Beynəlxalq Əməkdaşlıq  Departmenti
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Sənədlər bir fayl şəklində (pdf formatında) aşağıdakı ardıcılıqla təqdim olunmalıdır:

  1. Müraciət forması (application form) əl ilə və ya çap şəklində doldurula bilər
  2. Akademik transcript (azərbaycan dilində)
  3. CV (ingilis dilində)
  4. Pasport (şəkil olan səhifəsi)

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay