UNEC tələbələrinə karyera planlaşdırılması istiqamətində zəruri bilikləri öyrətmək, iş dünyasında xüsusi əhəmiyyətə malik bacarıqları aşılamaq, şəxsi və peşəkar inkişaf meyarlarını tədris etmək arzusunda olan hər kəsi müəllim kollektivimizə qoşulmağa dəvət edirik.

“Karyera planlaması”, “Yumşaq bacarıqlar” (Soft skills) və “Sərt bacarıqlar” (Hard skilss) fənnlərini Azərbaycan, rus, ingilis və türk dillərində tədris apara biləcək şəxslər CV-lərini 19 oktyabr 2020-ci il tarixinə qədər “Karyera” başlığı ilə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərə bilər.

Namizədlərin minimum magistr dərəcəsinin olması əsas şərtdir. Müraciətləri müsbət dəyərləndirilmiş namizədlərlə əlaqə saxlanılacaq və fərdi müsahibə təşkil ediləcək.

Gənclərin karyerasına yön verəcək, müəllim adını zirvədə qoruyacaq hər kəsi UNEC kollektivində görməyə şad olarıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay