Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarında 2020/2021–ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur.
ÖHDƏLİKLƏR
- Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması;
- Kurs sillabusunun hazırlanması;
- Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi;
- SABAH qrupları layihəsinin tədrisin aparılması metodikası və təkmilləşdirmə ilə əlaqədar müvafiq təlimlərin keçirilməsi üzrə tələblərə riayət edilməsi;
- Ali təhsil müəssisələrinin daxili intizam və sənədləşmə qaydalarına riayət edilməsi;
- Həmkarlar və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi.
*
NAMİZƏDƏ TƏLƏBLƏR
- Əlaqədar sahədə ən azı magistr dərəcəsinə malik olması;
- Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması;
- Tədrisdə İKT-dən hərtərəfli istifadə edə bilməsi;
- İnnovativ tədris metodlarından istifadə etməsi;
- Müasir pedaqoji yanaşmalardan xəbərdar olması;
- Mövzunu təqdimetmə və fikrini səlis çatdırma bacarığına malik olması;
- Dinamik, təşəbbüskar, pozitiv və ünsiyyətcil olması.
*
Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə anketdə qeyd etdikləri email ünvanı vasitəsilə müraciət müddəti bitdikdən sonra 10 gün ərzində əlaqə saxlanılacaq;
Son müraciət tarixi və vaxtı: 06.01.2021-ci il, saat 00:00