AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ (UNEC)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulunun müddəti 2021-ci ilin sentyabr ayının 1-dək uzadılıb.

  • 050406 Maliyyə
  • 050409 Mühasibat
  • 050405 İqtisadiyyat
  • 050401 Beynəlxalq ticarət və logistika
  • 050410 Statistika
  • 050408 Menecment
  • 050404 Dövlət və bələdiyyə idarəetməsi
  • 050402 Biznesin idarə edilməsi
  • 050407 Marketinq
  • 050807 Sosial iş
  • 050504 Ekologiya
  • 050616 İnformasiya texnologiyaları
  • 050615 İnformasiya təhlükəsizliyi
  • 050509 Kompüter elmləri
  • 050638 Sənaye mühəndisliyi
  • 050606 Ekologiya mühəndisliyi
  • 050635 Qida mühəndisliyi
  • 050622 Maşın mühəndisliyi
  • 050623 Materiallar mühəndisliyi
  • 050619 Kommunikasiya sistemləri mühəndisliyi
  • 050607 Elektrik və elektronika mühəndisliyi
  • 050306 Dizayn (sahələr üzrə)

*

UNEC-in Zaqatala filialı üzrə

  • 050406 Maliyyə
  • 050405 İqtisadiyyat
  • 050409 Mühasibat
  • 050408 Menecment
  • 050616 İnformasiya texnologiyaları
  • 050402 Biznesin idarə edilməsi
  • 050407 Marketinq
  • 050810 Turizm işinin təşkili

 

Təkrar ali təhsilə sənəd qəbulu ancaq elektron qaydada kabinet.unec.edu.az  internet linki vasitəsilə həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüqu­qunu qazanırlar. Təkrar ali təhsil almaq hüququ qazanacaq şəxslər üçün vəziyyət nəzərə alınmaqla tədrisin distant formada təşkili istisna edilmir.

Sənədlərin qəbulu 2021-ci il aprel ayının 15-dən sentyabr ayının 1-dək aparılacaq.     

Təkrar ali təhsil almaq isiəyənlər aşağıdakı sənədləri  elektron formada təqdim etməlidirlər:

  • Rektorun adına ərizə;
  • Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma   əlavə ilə birlikdə);   
  • 3x4 sm ölçüdə fotoşəkil;
  • Şəxsiyyət vəsiqəsinin surəti.

Ərizə forması

QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Ünvan: Akademik Həsən Əliyev küçəsi 135, otaq 518
Tel.: (012) 564 38 92
Mobil : (070) 578 08 59 (həmçinin WhatsApp ünvan)
Facebook ünvanı: https://www.facebook.com/unectekraralitehsil/

TOP XƏBƏRLƏR