A

2021/2022-ci tədris ili üzrə UNEC-in Dünya İqisadiyyatı, Maliyyə, Mühasibat, İqtisadiyyat və Biznesin idarəolunması ixtisasları üzrə 2-ci kurs tələbələri üçün Montpellier Universitetinin ikili diplom proqramına qəbul başlayıb.

1-ci kurs tələbələri də 2022/2023-cü tədris ili üçün qeydiyyatdan keçə bilərlər.

Proqrama qəbul olan UNEC-in tələbələri 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr UNEC-ə qayıdaraq, təhsillərini 4-cü kursdan davam edəcəklər. Fransada oxuduqları müddətdə tələbələrimizə Montpellier Universitetinin tələbə kartları veriləcək.

Əsas qəbul şərtləri:

  • UNEC-in ikinci kurs tələbəsi olmaq
  • Minimum orta bal (ÜÖMG) – 81 bal
  • İngilis dili – B2

Tərəfdaş universitet - Montpellier Universiteti
Müddət - 1 il
Tədris dili - İnglis dili
Təhsil haqqı – 2250 avro
Qeydiyyat haqqı – yoxdur

Tədrisin başlanması - 2021-ci il, sentyabr
Tədrisin bitməsi – 2022-ci il, aprel

Son müraciət tarixi - 10 may 2021-ci il
Sənədlər bir fayl şəklində (pdf formatında) aşağıdakı ardıcılıqla təqdim olunmalıdır:

  1. Müraciət forması (application form) əl ilə və ya çap şəklində doldurula bilər
  2. Akademik transcript (azərbaycan dilində)
  3. CV (ingilis dilində)
  4. Pasport (şəkil olan səhifəsi)

*
Məlumat əldə etmək və sənədləri təqdim etmək üçün:

Afət Ələkbərova,
UNEC, Beynəlxalq Əməkdaşlıq  Departamenti
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramına qəbulla bağlı 29 aprel, saat 15.00-da online konsultasiya keçiriləcək. Maraqlananlar suallarını təqdim edə bilərlər 

https://us04web.zoom.us/j/72859338937?pwd=UjMrUHBhZDZrZXhSTU52RFF6eFYwdz09

Görüşə daxil olmaq üçün kod: 728 5933 8937

Parol: i7EctN

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay