Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 

2021-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

  1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, eləcə də cari ilin iyun ayında Xarici dil fənni üzrə Dövlət İmtahan Mərkəzində doktoranturaya qəbul imtahanından keçid balını toplamış Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.
  2. Elmlər doktoru proqramı üzrə təhsil üçün seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
  3. Dissertantlıq yolu ilə fəlsəfə doktoru proqramına qəbul olunmaq üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müvəffəqiyyətləri, əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi-pedaoji stajı olan və cari ilin iyun ayında Xarici dil fənni üzrə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi doktoranturaya qəbul imtahanından keçid balını toplamış elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər.
  4. Doktorantura və ya dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
  • ərizə;
  • kadrların şəxsi qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 ölçüdə)
  • iş yerindən xasiyyətnamə;
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi əsərlərin siyahısı (surətləri əlavə edilməklə) və ya seçilmiş ixtisasa aid olan mövzu üzrə 15-20 səhifəlik referat (elmlər doktoru proqramı üzrə sənəd verənlər referat təqdim etmirlər);
  • ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin (qiymət cədvəlinin) notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması haqqında Təhsil Nazirliyinin şəhadətnaməsi);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • fəlsəfə doktoru (elmlər namizədi) diplomunun notarial qaydada təsdiq edilmiş surəti (elmlər doktoru proqramı üzrə sənəd verənlər üçün).
  1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə qəbul olmaq istəyənlər 2021-ci ilin 1,2,3 sentyabr tarixlərində Fəlsəfə fənnindən, 9 və 10 sentyabr tarixlərində isə İxtisas fənnindən imtahan verəcəklər.
  2. Doktorantura və ya dissertanturaya sənədlərin qəbulu 15 iyul 2021-ci il tarixinədək portal.edu.az platforması üzərindən aparılacaqdır.
  3. Sənədlər elektron formada (pdf) yüklənməlidir.

Ünvan: Bakı şəh., Abbas Səhhət küçəsi 45A, UNEC-in IV korpusu (Bakı Təhsil İdarəsinin yanı), Doktorantura şöbəsi (otaq 307). Telefon : 440-71-59

PDF

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 356 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”nda UNEC üçün nəzərədə tutulan plan yerləri

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay