A
Cari ildə UNEC-in 1-ci kurs magistratura proqramına qəbul olan tələbələr Litvanın Mikolos Romeris Universiteti (MRU) ilə ikili diplom proqramında iştirak edə biləcəklər. Proqramda təhsil alan və təhsilini uğurla bitirən magistr tələbələr həm UNEC-in, həm də MRU-nin diplomunu əldə edəcəklər. Proqrama müraciət etmək üçün Beynəlxalq Əməkdaşlıq Departamentinə (115-ci otaq, əsas tədris binası, İstiqlaliyyət küç., 6) müraciət etmək lazımdır. Əlaqə üçün: +994 12 492 60 45 - Aysel Musayeva Proqramın modeli:
  • 1-ci semestr – UNEC, dərslər – 45 kredit
  • 2-ci semestr – MRU, dərslər – 45 kredit
  • 3-cü semestr – UNEC – təcrübə və tədqiqat
  • 4-cü semestr – UNEC/MRU – tədqiqat və diplom müdafiəsi
Qəbul şərtləri:
  • UNEC-in “Maliyyə bazarları”, “Maliyyə menecmenti” və “Maliyyə nəzarəti və audit” ixtisası üzrə təhsil alan birinci kurs tələbəsi olmaq
  • Bakalavr dərəcəsi üzrə akademik göstərici – 80-dan yuxarı olmalı
  • İngilis dili ən azı B2 səviyyəsində olmalı
Qəbul üçün təqdim olunacaq sənədlər:
  1. CV
  2. Dil sertifikatı (TOEFL IBT 65-78, TOEFL Paper 513-547, IELTS 5.5-6.0)
  3. Passportun sürəti
  4. 2 ədəd şəkil
  5. Bakalavr diplomu və akademik trasnkript

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay