A

İndoneziya hökümətinin va İndoneziya Respublikası Araşdırmalar, Texnologiya va Ali Təhsil Nazirliyi İndoneziyanin 16 universitetində bakalavr va magistr təhsili almaq istəyən tələbələr üçün “2018-ci il İnkişaf etməkdə olan ölkələrin əməkdaşlığı" adlı İndoneziya Təqaüd Proqramı təklif edir.

2018-ci il üçün müxtəlif ölkələrdən magistr dərəcəsinə 140 və bakalavr dərəcəsi üçün isə 5 təqaüd  kvotası təklif olunur. Təqaüd proqramı çərçivəsində namizədlər bu proqramda iştirak edən 16 qabaqcıl universitetdən birində təhsil ala bilərlər.

Təqaüdün müddəti

  1. İndoneziya dili kursu və magistr hazırlıq proqramı - 12 ay
  2. Magistr proqramı - 24 ay
  3. Bakalavr proqramı - 48 ay

*
Təqaüd proqramı əhatə edir:

  1. 1,000,000 İndoneziya rupiahi – Yerləşmə xərci ( İndoneziyaya getdiyi müddətdən verilir);
  2. 2,550,000 İndoneziya rupiahi (aylıq) —İndoneziya Dil kursu və hazırlıq proqramı muddətində yaşama xərci.

*
Aylıq xərclər:

  1. Yaşama xərci - 2,550,000 İndoneziya rupiahi;
  2. Araşdırma xərci - 400,000 İndoneziya rupiahi;
  3. Kitablar üçün xərc - 350,000 İndoneziya rupiahi;
  4. Sağlamlıq sığortası  - maksimum 200,000 İndoneziya rupiahi aylıq;
  5. Birdəfəlik gediş-gəliş beynəlxalq uçuş xərcləri və universitetə yerli nəqliyyat xərci.

*
Namizədlər müraciətlə bağlı məlumatı KNB təqaüd saytından əldə edə bilərlər. Son müraciət tarixi aprelin 30-dəkdir. Nəticələr 2018-ci ilin iyun ayının ikinci həftəsində elan olunacaq.

KNB təqaüd proqrami ilə əlaqədar daha ətraflı məlumatı www.knb.ristekdikti.go.id. internet səhifəsindən əldə edə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay