A

UNEC-in Almaniyanın Siegen Universitetinin birgə layihəsi olan “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərçivəsində 1-5 oktyabr 2018-cı il tarixlərində Siegen Universitetinin və UNEC magistrlərinin birgə iştirakı ilə Almaniyada Qış Məktəbi təşkil olunacaq. Mühazirələr UNEC və Siegen Universitetinin professorları tərəfindən aparılacaq.

Qış məktəbində iştirak etmək üçün əsas şərtlər:

  • UNEC-in magistri olmaq;
  • İngilis dilində sərbəst danışmalı

Müraciət üçün sənədlər:

  • Transkript (orta bal göstərilməklə)
  • CV

İştirakçılar müsahibə yolu ilə seçiləcəklər.

Qış məktəbinin iştirakçıları kredit və sertifikat əldə edəcək.

Sənədlərin son qəbul tarixi: 12 sentyabr 2018-ci il

Ünvan: UNEC, əsas tədris binası, İstiqlaliyyət 6, 115-ci otaq, Afət Ələkbərova, 492-60-45, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay