A

UNEC-in 1-ci kurs magistr tələbələri Litvanın Mikolos Romeris Universiteti (MRU) ilə ikili diplom proqramında iştirak edə biləcəklər.

Proqramda iştirak  edən və təhsilini uğurla bitirən magistr tələbələr həm UNEC-in, həm də MRU-nin diplomunu əldə edəcəklər.
Proqrama müraciət etmək üçün Beynəlxalq Əməkdaşlıq Departamentinə (115-ci otaq, əsas tədris binası, İstiqlaliyyət küç., 6) müraciət etmək lazımdır.

Əlaqə üçün: +994 12 492 60 45

Proqramın modeli:

  • 1-ci semestr – UNEC, dərslər – 45 kredit
  • 2-ci semestr – MRU, dərslər – 45 kredit
  • 3-cü semestr – UNEC – təcrübə və tədqiqat
  • 4-cü semestr – UNEC/MRU – tədqiqat və diplom müdafiəsi

Qəbul şərtləri:

  • UNEC-in “Maliyyə bazarları”, “Maliyyə menecmenti” və “Maliyyə nəzarəti və audit” ixtisası üzrətəhsil alan birinci kurs tələbəsi olmaq
  • Bakalavr dərəcəsi üzrə akademik göstərici – 70-dən yuxarı olmalı
  • İngilis dili ən azı B2 səviyyəsində olmalı

 Qəbul üçün təqdim olunacaq sənədlər:

  • Bakalavr diplomu və diploma əlavə
  • CV
  • Passportun sürəti
  • Magistr təhsili haqqına arayış

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay