A

İndoneziya Respublikasının Azərbaycandakı səfirliyi təqaüd proqramı elan edir.

İndoneziya Respublikası Xarici İşlər Nazirliyinin təqdim etdiyi “İndoneziya İncəsənəti və Mədəniyyəti-2019” təqaüd proqramının məqsədi tələbələrə İndoneziyanın incəsənət və mədəniyyətini öyrətməkdir. “İndoneziya Mozaikası” mövzusunda olan təqaüd proqramında Azərbaycanla yanaşı, 72 ölkənin nümayəndələri iştirak edəcək.

3 aylıq təqaüd proqramı 7 aprel-16 iyul 2019-cu il tarixinə qədər davam edəcək.  İştirakçılar İndoneziyada yerləşən 6 incəsənət mərkəzi olan Bali, Coqcakarta, Şərqi Yava, Cənubi Sualvesi, Qərbi Sumatra və Şərqi Kalimantan ərazilərində qruplaşdırılıb bölünəcəklər.

İştirakçılara rəqs, qamelan (milli musiqi aləti), rəsm dərsləri təşkil olunacaq, eyni zamanda turizm imkanları, muzey, milli yeməklər və digər milli mədəni irslər təqdim olunacaq.

Proqram müddətində iştirakçıların gediş-gəliş, yaşam və sığorta xərclərini İndoneziya höküməti qarşılayır.

Proqrama müraciət etmək üçün şərtlər:

  • Yeni mühitə uyğunlaşan və ünsiyyətcil olmalı
  • İndoneziya incəsənəti və mədəniyyətini öyrənməkdə maraqlı olmalı
  • İngilis dili bilikləri
  • 21-27 yaş arası
  • İndoneziya hökümətinin digər təqaüd proqramlarında iştirak etmiş olmayan

Tələb olunan sənədlər:

  • Motivasiya məktubu
  • 3 ədəd pasport ölçülü şəkil
  • 2 il müddətinə etibarlı olan pasportun surəti
  • Diplomun surəti (Diplomu olmayanlar akademik transkript təqdim etməlidir)
  • Tövsiyə məktubu
  • Etibarlı olan sağlamlıq arayışının surəti. Yola düşmə günündə iştirakçılar ixtisaslı tibb həkimindən sağlamlıq arayışı ilə təmin olunmalıdır.
  • İştirak etmək istəyən şəxsin özünün imzaladığı bəyannamə

Ərizə forması  və digər lazımı sənədlər 2 noyabr 2018-ci il tarixinə qədər İndoneziya Respublikasının Bakıdakı səfirliyinə təqdim olunmalıdır.

Əlavə məlumat üçün Beynəlxalq əməkdaşlıq departamentinə müraciət edə bilərsiniz. UNEC-in əsas tədris binası, İstiqlaliyyət, 6. 115-ci otaq.

Əlaqə: (+994012) 492 60 45

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay