Türkiyə Respublikasının Ali Təhsil Nazirliyi (Yüksək Öğretim Kurumu – YÖK) tərəfindən həyata keçirilən “Mevlana” Mübadilə Proqramına 2019/2020-cİ tədris ili üçün sənəd qəbulu elan edilib.
“Mevlana” Mübadilə Proqramı UNEC-in professor-müəllim heyəti üçün Türkiyənin müvafiq universitetlərində təcrübə keçmək imkanı təqdim edir. 14-30 gün müddətində həyata keçirilən mübadilə zamanı UNEC-in akademik heyət üzvlərinin Türkiyə universitetlərində tədris prosesində iştirak etməsi, mühazirələr oxuması, müasir tədris metodları ilə tanış olması, elmi konfranslarda iştirak etməsi, geniş kitabxana fondundan yararlanması və birgə elmi tədqiqatlar aparması nəzərdə tutulub.
Mübadilə ilə bağlı xərclər YÖK təqaüdü hesabına ödəniləcək.
Tələb olunan sənədlər:
1. Namizəd üçün müraciət forması (Öğretim elemanı bilgi formu)
2. Namizəd haqqında türk və ya ingilis dilində ətraflı məlumat (portfolio və ya özgeçmiş)
3. Çap olunan elmi əsərlərin siyahısı (türk və ya ingilis dilində)
4. Xarici pasportun surəti
5. 3×4 şəkil – 2 ədəd
6. CV (ingilis və ya türk dilində)
Proqramda iştirak etmək istəyən müəllimlər tələb olunan sənədləri 22 fevral 2019-cu il tarixinə qədər Beynəlxalq əməkdaşlıq departamentinə təqdim etməlidirlər.
Qeyd edək ki, namizədlər müvafiq müraciət formasında yalnız 3 universiteti qeyd etməlidir.
Proqramla bağlı ətraflı məlumatı www.mevlana.yok.gov.tr ünvanından və Beynəlxalq əməkdaşlıq departamentindən əldə etmək mümkündür.
Proqramın koordinatoru (əlaqələndirici şəxs): Pərvin Paşayeva
Əlaqə üçün:
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Telefon: +994 12 492 60 45
Mevlana mübadilə proqramı çərçivəsində UNEC-in əməkdaşlıq etdiyi universitetlərin siyahısı