Türkiyə Respublikasının Ali Təhsil Nazirliyi (Yüksək Öğretim Kurumu – YÖK) tərəfindən həyata keçirilən “Mevlana Mübadilə Proqramı”na sənəd qəbulu elan edilib.

Proqram çərçivəsində 2019/2020-ci tədris ili üçün bütün təhsil pillələri üzrə tələbələrin (bakalavr, magistratura və doktorantura) mübadiləsi həyata keçiriləcək. UNEC tələbələri proqram çərçivəsində bir və ya iki semestr ərzində Türkiyənin müvafiq universitetlərində təhsil ala bilərlər. Universitetlərdə tədris türk və ingilis dilində aparılır.

Mübadilə ilə bağlı bütün xərclər YÖK (Ali Təhsil Şurası) təqaüdü hesabına ödəniləcək. Təqaüd məbləği 1200 tl təşkil edir.

Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:

  • I, II, III kurs tələbəsi olmaqla– minimum orta qiymət 85 olmalı, (magistrlər üçün 80);
  • İngilis və ya türk dillərinin B2 səviyyəsində biliyi.

Proqramda iştirak etmək istəyənlər tələb olunan sənədləri 22 fevral 2019-cu il tarixinədək UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinə təqdim etməlidir.

Tələb olunan sənədlər:

1.Təhsil pilləsi üzrə transkript (ÜOMG göstərilməklə)
2. Namizəd üçün müraciət forması (Aday öğrenci başvuru formu)
3. Təhsil almaq istədiyi dil haqqında müvafiq sənəd: Tələbənin UNEC-də ingilis və ya türk dilində təhsilini təsdiqləyən arayış, türk dilindən hər hansı bir sertifikat, IELTS və ya TOEFL sertifikatı (dil haqqında sənəd mütləqdir).
4. CV (ingilis və ya türk dilində)
5. Xarici pasportun surəti
6. Tələbə bileti (əsli)
7. 3×4 şəkil – 2 ədəd

Qeyd edək ki, namizədlər müvafiq müraciət formasında yalnız 3 universiteti qeyd etməlidirlər.

Proqramla bağlı daha ətraflı məlumatı www.mevlana.yok.gov.tr  ünvanından və Beynəlxalq əməkdaşlıq departamentindən əldə etmək mümkündür.

Proqramın koordinatoru (əlaqələndirici şəxs): Pərvin Paşayeva

Əlaqə üçün:
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Telefon: +994 12 492 60 45

Mevlana mübadilə proqramı çərçivəsində UNEC-in əməkdaşlıq etdiyi universitetlərin siyahısı

Mevlana Mübadilə Proqramı

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR