İndoneziya Respublikası Tədqiqat, Texnologiya və Ali Təhsil Nazirliyi 2019-cu il üçün bakalavr təhsilini bitirmiş şəxsləri İndoneziyanın 16 universitetində təhsil almaları üçün İndoneziya Hökumətinin Təqaüd Proqramını təklif edir. 

Təqaüdçülərə 12 aya qədər İndoneziya dili kursu və magistr hazırlığı proqramı tədris edilir.

Təqaüdə müraciət etmək üçün tələblər:

  1. 35 yaşa qədər olmalı
  2. Bakalavr (magistrlər müraciət edə bilməz)
  3. TOEFL-da 500 bal və ya buna bərabər tutulan digər ingilis dili təsdiqi
  4. Tamamlanmış ərizə

Maraqlananlar knb.ristekdikti.go.id səhifəsi vasitəsilə müraciət etməli və tələb olunan sənədləri İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə 8 aprel 2019-cu ildən gec olmayaraq təqdim etməlidirlər. Nəticələr 2019-cu ilin may ayının 2-ci həftəsi elan olunacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay