A

2019/2020-ci tədris ili üzrə UNEC-in Dünya İqisadiyyatı, Maliyyə, Mühasibat, İqtisadiyyat və Biznesin idarəolunması ixtisasları üzrə 2-ci kurs tələbələri üçün Montpellier Universitetinin ikili diplom proqramına qəbul başlayıb.

Proqrama qəbul olan UNEC-in tələbələri 3-cü kursu Montpellier Universitetində davam etdirəcəklər. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr UNEC-ə qayıdaraq təhsillərini 4-cü kursdan davam edəcəklər. Bu zaman Fransada oxuduqları müddətdə tələbələrimizə Montpellier Universitetinin tələbə kartları veriləcək.

Əsas qəbul şərtləri:

  • UNEC-in ikinci kurs tələbəsi olmaq
  • Minimum orta bal (ÜÖMG) – 81 bal
  • İngilis dili – B1

Tələb olunan sənədlər:

  • Akademik transkript
  • CV
  • Pasport

Tərəfdaş universitet - Montpellier Universiteti
Müddət - 1 il
Tədris dili - İnglis dili
Təhsil haqqı – 2250 avro
Qeydiyyat haqqı - yoxdur
Son müraciət tarixi - 26 aprel 2019-cu il
Tədrisin başlanması - 2019-cu il, sentyabr
Tədrisin bitməsi – 2020-ci il, aprel

Məlumat əldə etmək və sənədləri təqdim etmək üçün:

Afət Ələkbərova
UNEC, Beynəlxalq Əlaqələr Departamenti, 115-ci otaq

Tel.: +994 12 492 60 45
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay