UNEC tələbələri ikitərəfli əməkdaşlıq əlaqələri əsasında Türkiyənin Anadolu Universiteti və Beykent Universitetində 1 semestr müddətinə mübadilədə iştirak edə bilərlər.
Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:
1. Bakalavr və ya magistratura pilləsində təhsil almalı;
2. Minimum orta qiymət 75 (100 ballıq qiymətləndirmə sistemində) bal olmalı;
3. İngilis və ya türk dilində əla qavrama, yazı və danışıq qabiliyyətinə sahib olmalıdırlar.
Tələb olunan sənədlər:
1. Akademik transkript (ÜOMG göstərilməklə)
2. Tədris protokolu (LEARNING AGREEMENT FOR APPLICANTS)
3. İngilis və ya türk dili biliyini təsdiq edən sənəd, arayış və ya sertifikat
4. Xarici pasportun surəti
5. Tələbə bileti
6. 3×4 şəkil – 2 ədəd
Tədris proqramı haqqında məlumat üçün:
http://abp.anadolu.edu.tr/en/akademik/lisans
http://ebs.beykent.edu.tr/2015/EN/Degree-Programmes/First-Cycle-(Bachelors-Degree)-Programmes
Müraciət üçün son tarix: 07 noyabr 2019-cu il.
Proqram haqqında daha ətraflı məlumatı Beynəlxalq əməkdaşlıq departamentindən əldə etmək olar.
Əlaqələndirici şəxs: Pərvin Paşayeva
Əlaqə: Beynəlxalq əməkdaşlıq departamenti, Xarici əlaqələr şöbəsi
Telefon: +994 12 492 60 45