Türkiyə Respublikasının Ali Təhsil Şurası (Yüksək Öğretim Kurumu – YÖK) tərəfindən həyata keçirilən “Mevlana Mübadilə Proqramı”na sənəd qəbulu elan edilir.

Proqram çərçivəsində 2020/2021-ci tədris ili üçün bütün təhsil pillələri üzrə tələbələrin (bakalavr, magistratura və doktorantura) mübadiləsi həyata keçiriləcək. UNEC tələbələri proqram çərçivəsində bir və ya iki semestr ərzində Türkiyənin müvafiq universitetlərində təhsil ala bilərlər. Universitetlərdə tədris türk və ingilis dilində aparılır.

Mübadilə ilə bağlı bütün xərclər YÖK (Ali Təhsil Şurası) təqaüdü hesabına ödəniləcək. Təqaüd məbləği 1300 tl təşkil edir.

Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:

  • Bakalavr (I, II, III kurs) və magistr (I,kurs) tələbəsi olmaqla– minimum orta qiymət 91 olmalı;
  • İngilis və ya türk dillərinin B2 səviyyəsində biliyi.

Proqramda iştirak etmək istəyənlər tələb olunan sənədləri 28 fevral 2020-ci il tarixinədək UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinə təqdim etməlidir.

Tələb olunan sənədlər:

1.Təhsil pilləsi üzrə transkript (ÜOMG göstərilməklə)
2. Namizəd üçün müraciət forması - Aday öğrenci başvuru formu
3. Təhsil almaq istədiyi dil haqqında müvafiq sənəd (dil haqqında sənəd mütləqdir): Tələbənin UNEC-də ingilis və ya türk dilində təhsilini təsdiqləyən arayış, türk dilindən sertifikat, IELTS və ya TOEFL sertifikatı.
4. CV (ingilis və ya türk dilində)
5. Xarici pasportun surəti (olmadığı təqdirdə ŞV ilə müraciət etmək mümkündür)
6. Tələbə bileti (əsli)
7. 3×4 şəkil – 2 ədəd

Qeyd edək ki, namizədlər müvafiq müraciət formasında yalnız 3 universiteti qeyd etməlidirlər.

Universitetlərin siyahısı

Aşağıda qeyd olunan universitetlər üçün müraciət forması fəqrlidir:

Hacettepe Universiteti:

HACAETTEPE ÜNİVERSİTESİ  Bu sənədlə yanaşı Aday öğrenci başvuru formu da doldurulmalı.

Anadolu Universiteti:

Akdeniz Universitesi:

Müraciət üçün bütün sənədlər elektron qaydada doldurulmalıdır.

Proqramla bağlı daha ətraflı məlumatı www.mevlana.yok.gov.tr  ünvanından və Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsindən əldə etmək mümkündür.

Proqramın koordinatoru (əlaqələndirici şəxs): Pərvin Paşayeva

Əlaqə üçün:
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Telefon: +994 12 492 60 45

TOP XƏBƏRLƏR