İspanyanın Malaga Universiteti tərəfindən UNEC-in magistrləri Erasmus+ mübadilə proqramında iştirak etməyə dəvət olunur.

Erasmus+ proqramının əsas şərtləri:

  • xarici universitetə təhsil haqqı ödənilmir
  • tələbələrin yol xərcləri qarşılanır
  • bir semestr ərzində tələbələrə aylıq təqaüd verilir (təqaüdün miqdarı ölkə üzrə fərqlənir)
  • bir semestr təhsil almaq imkanı
  • yerlər üzrə müsabiqə keçirilir
  • tələbələrin orta balı (ÜÖMG) – 91-dən yuxarı olmalı
  • gedəcək ölkənin xarici dilini sərbəst bilməli (ingilis dili B2/C1 səviyyəsində)
  • 1-ci kurs magistr pilləsi üzrə təhsil alan UNEC tələbələri

Tələb olunan sənədlər:

  • Transkript
  • CV (ingilis dilində)
  • Xarici pasport
  • Niyyət məktubu (motivation letter) təhsil almaq istədiyi universitet üçün (ingilis dilində)

Malaga Universitetinin Erasmus+ proqramında UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin 3 tələbəsi iştirak edə bilər.

Son müraciət tarixi: 5 oktyabr, 2020-ci il
Müraciət üçün: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına sənədlər PDF formatında göndərilməlidir.

TOP XƏBƏRLƏR