UNEC ilə Litvanın Mikolos Romeris Universiteti və Fransanın Montpellier Universiteti arasında imzalanmış əməkdaşlıq müqavilələri çərçivəsində Tələbə Mübadilə Proqramı həyata keçirilir.
Proqramın şərtlərinə əsasən, 2020/2021-cı tədris ilinin yaz semestrində UNEC-in tələbələri Litvada və Fransada bir semestr ərzində təhsil ala bilərlər.
Mübadilədə 80 baldan yuxarı və ingilis dilini sərbəst bilən, I, II və III kurs tələbələri iştirak edib müvafiq fənlər üzrə kreditlər toplaya biləcəklər. Təhsil ödənişsizdir. Litvada və ya Fransada təhsil alacaq tələbələr həmin ölkədə yol və yaşayış xərclərini ödəyəcəklər.
Sənədlərin son qəbul tarixi – 15 noyabr 2020-ci il.
Sənədlər aşağıda göstərilən ardıcılıqla skan olunmuş pdf formatında Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına göndərilməlidir.
Təqdim olunacaq sənədlər:
- CV (ingilis dilində)
- Akademik transkript
- Xarici pasportun sürəti
Namizədlər komissiya tərəfindən müsahibə yolu ilə seçiləcəklər.
Əlaqə üçün: Beynəlxalq əməkdaşlıq departamenti, əsas tədris binası, 115-ci otaq, tel.: 012-492-18-82