A

UNEC Karyera Mərkəzinin nəzdində fəaliyyət göstərən Virtual Müəssisəsinə aşağıdakı modullar üzrə təcrübə keçmək üçün qəbul başlayır:

  1. Maliyyə
  2. Mühasibat (1C proqramı daxil olmaqla)
  3. Vergi
  4. Bank
  5. Sığorta
  6. Biznes

Müəssisədə təcrübəyə qəbul müsahibə yolu ilə həyata keçiriləcək. Təcrübə proqramı “2x2 Consulting” Şirkəti və eləcə də ölkənin aparıcı bank və sığorta şirkətləri tərəfindən həyata keçiriləcək. Müsahibədə UNEC-də bütün ixtisaslar üzrə təhsil alan II, III və IV kurs tələbələri və I, II kurs magistrləri iştirak edə bilərlər.

Müsahibənin nəticəsi olaraq hər bölmə üzrə 20 nəfər müəssisəyə təcrübəyə götürüləcək və onlar müxtəlif təlimlərlə əmək bazarının tələblərinə müvafiq olaraq hazırlanacaqlar. Müsahibədə iştirak etmək üçün CV-lərinizi Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərməyiniz xahiş olunur. Məktubun “subject” bölməsində “virtual company” sözünü və iştirak etmək istədiyiniz modulun adını (məs.Virtual company–maliyyə, Virtual company-vergi və s.) qeyd etməyi unutmayın. CV-lərin qəbulu 15 aprel 2018-ci il tarixinədək davam edəcək. Hər namizəd yalnız bir modula müraciət edə bilər.

Əlaqə telefonu: +99 412 497 71 35, UNEC Karyera Mərkəzi

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR