A

Aprelin 20-də UNEC-də karyera günü keçiriləcək.

UNEC Karyera Mərkəzi Azərbaycan bank sisteminin sabitliyinin və ölkənin sosial-iqtisadi inkişafının rəmzi olan Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə birlikdə “Azərbaycan Beynəlxalq Bankında iş imkanları” adlı karyera günü keçirəcək. Karyera günündə İnsan Resurslarının İdarəedilməsi və Təşkilati departamentinin əməkdaşları tələbələrə bankdakı karyera və təcrübə imkanları barədə məlumat verəcəklər. Bundan əlavə, bank əməkdaşları uğurlu CV yazılması üsulları və namizədin müsahibəyə hazırlığına dair məsləhətlərini bölüşəcək.

Tədbirdə iştirak etmək istəyən IV kurs bakalavr, I və II kursda təhsil alan magistrlər aprelin 19-dək CV-lərini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. və Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanlarına göndərə bilərlər. Elektron poçtun “mövzu” bölməsində “ABB–Karyera Günü 2018” yazmağınız xahiş olunur.

Qeyd: Üzrlü səbəbdən tədbirdə iştirak edə bilməyən tələbələr də CV-lərini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərə bilər.

Karyera günü saat 10:00-da başlayacaq və 13:00-dək davam edəcək. Tədbir UNEC-in əsas tədris binasının III mərtəbəsində, 305 saylı otaqda keçiriləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay