A

Əziz tələbələr!

Aprelin 30-da UNEC Karyera Mərkəzinin Azərikard MMC ilə birlikdə keçirəcəyi “Karyera günü”nün vaxtı dəyişdirilərək, mayın 7-nə keçirilib.

Tədbirə informasiya texnologiyaları və proqramlaşdırma, xidmət sahələri, iqtisadiyyat və insan resursları ixtisaslarında təhsil alan tələbələr dəvət olunurlar. Tələbələrin seçilməsi 3 mərhələdə aparılacaq:

  1. İlkin müsahibə;
  2. İlkin təcrübə (1 həftə);
  3. Tam təcrübə (1 ay).

*
Uğurlu nəticə göstərən tələbələrin işlə təmin edilməsi nəzərdə tutulur. Həmçinin tam təcrübə dövründə tələbələr məvacib alacaqlar.

Tədbirdə iştirak etmək istəyən tələbələr aprelin 26-dək CV-lərini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərə bilər. Elektron poçtun “mövzu” bölməsində “Azərikard – karyera günü” yazmağınız xahiş olunur.

Karyera günü saat 10:00-da başlayacaq və 13:00-dək davam edəcək. Tədbir UNEC-in əsas tədris binasının III mərtəbəsində, 305 saylı otaqda keçiriləcək.

London Universiteti/London İqtisadiyyat Məktəbi