A

“Enactus UNEC” komandası Təlim və İnkişaf üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
  • Təlim və inkişaf proqramının işlənib hazırlanması və genişləndirilməsi;
  • Daxili və xarici təlimlərin təşkili;
  • Regionlarda təlimlərin təşkili.

Namizədə olan tələblər:

  • I, II və ya III kurs tələbələri;
  • Ofis proqramlarında orta və daha yüksək səviyyədə işləmə bacarığı;
  • Təşəbbüskar və yeni ideyaları təklif etmə bacarığı;
  • Gələcək karyerasını İnsan Resursları sahəsində davam etdirmək istəyən gənclər.

CV-lərinizi Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərə bilərsiniz. Mövzu hissəsində "Təlim və inkişaf" yazmağı unutmayın

Son müraciət tarixi: 05.07.2018

Qeyd: Enactus (Entrepreneurial Action Us) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. 1996-cı ildən etibarən dünyanın bir çox ölkələrində proqram üzrə milli yarışlar keçirilməyə başlanılıb və 2001-ci ilin iyul ayında ilk dəfə Londonda Dünya Kuboku yarışı keçirilib. Azərbaycan 2005-ci ildən “Enactus” proqramına qoşularaq Dünya Kubokları yarışlarında iştirak etmək hüququ qazanıb. Dünya üzrə “Enactus” proqramına 50-ə yaxın ölkə, 1600-dan çox ali təhsil müəssisəsi və 50000-dən çox tələbə qoşulub.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Enactus UNEC” komandası bu günə qədər 3 dəfə ölkə çempionu olaraq, Azərbaycanı Fransa, Sinqapur və İngiltərədə keçirilən Dünya Çempionatında təmsil edib. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR