A

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə 29 noyabr saat 12:00-da ABŞ-ın Azərbaycandakı səfirliyində təcrübə proqramı barədə tələbələrlə görüş keçiriləcək.

Səfirliyin İnsan resursları şöbəsinin nümayəndələri ilə təşkil ediləcək görüşdə təcrübə proqramının mahiyyəti, faydaları, mexanizm və detalları, həmçinin müraciət qaydaları, tələb olunan sənədlər, diqqət ediləsi məqamlar barədə suallara cavab gətiriləcək.

Təcrübə proqramında Biznesin idarə edilməsi, Riyaziyyat, Statistika, Maliyyə, Mühasibat, Dövlət idarəçiliyi və bənzər ixtisaslarda təhsil alanlara və yaxşı səviyyədə ingilis dili biliklərinə sahib olanlara üstünlük verilir.

Görüş UNEC-in əsas tədris binasının Heydər Əliyev Mərkəzində (otaq 305) keçiriləcək və maraqlanan bütün tələbələrimiz dəvətlidir.

İştirak üçün öncədən qeydiyyata ehtiyac yoxdur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay