A

UNEC Karyera Mərkəzi və Dövlət Məşğulluq Xidmətinin birgə təşkilatçılığı ilə 3 dekabrdan başlayaraq 3 həftəlik karyera planlaması üzrə özəl təlim paketinə qeydiyyatdan keçməyə dəvət edirik. 

Təlimlər həftədə iki növbə üçün iki dəfə təşkil olunur:
1-ci və 3-cü günlər / saat 11:00 - 13:00
2-ci və 4-cü günlər / saat 14:00 - 16:00
Qeydiyyat üçün bu keçiddən istifadə etməyi xahiş edirik: bit.do/karyera

Hər iki növbənin təlimləri eynidir və sizə uyğun olan təlim növbəsini seçə bilərsiniz.

Hər növbədə cəmi 16 tələbə iştirak haqqı qazanacaq. Təlimlər UNEC Karyera Mərkəzində (əsas bina, otaq 200) təşkil ediləcək. Müsbət dəyərləndirilən müraciətçilərə sms və email göndəriləcək.

Təlimlərdə müsahibəyə hazırlıq və uğur texnikaları, tövsiyyə və istək məktublarının yazılması, CV tərtibatı, motivasiya, araşdırma, liderlik, ünsiyyət və digər xüsusi məqamlar üzrə praktiki biliklər aşılanacaq.

Təlim boyu aktivlik göstərən və seçilən tələbələrə sertifikat və mükafat veriləcək. Təlimlərin sonunda 8 şirkətin iştirakı ilə Karyera günü təşkil ediləcək, həmin tələbələrə iş və təcrübə qazanmaq üçün şərait yaradılacaq.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay