A

UNEC-in 90 illik yubiley tədbirləri çərçivəsində keçirilən Online Karyera günlərinin ikinci qonağı - insan resursları üzrə mütəxəssis Abid Səmədov olacaq və canlı yayımda 12 may saat 18.00-da təşkil ediləcək.

Hazırda “Veysəloğlu” Şirkətlər Qrupunda İnsan Resursları Biznes Tərəfdaşlıq Departamentinin aparıcı mütəxəssisi vəzifəsində çalışan Abid Səmədov, daha öncə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İnsan kapitalının idarə edilməsi departamentində böyük mütəxəssis, "Azərbaycan Dəmir Yolları" QSC-də işə qəbul üzrə mütəxəssis, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İB-də İnsan resursları üzrə menecer, “LC Waikiki” şirkətinin Azərbaycan ofisində işçi seçimi üzrə mütəxəssis, “Azinka İnsan Resursları və Karyera mərkəzi”ndə işçi seçimi üzrə mütəxəssis, daha sonra isə direktor müavini vəzifələrində çalışıb.

Canlı yayım boyunca izləyicilər öz suallarını UNEC-in rəsmi facebook (fb.com/uneceduaz), youtube (youtube.com/unecofficial) və instagram (instagram.com/uneceduaz) sosial şəbəkələrindən birbaşa ünvanlaya bilərlər.

Qeyd edək ki, canlı yayımın moderatorları UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov və Türk Dünyası İqtisad fakültəsinin tələbəsi Bayram İsmayılov olacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay