A

UNEC-in 90 illik yubiley tədbirləri çərçivəsində keçirilən Online Karyera günlərinin üçüncü günündə iki qonaq fərqli saatlarda canlı yayımda olacaq.

13 may saat 15:00-da "Veysəloğlu" Qrupuna daxil "Oba Retail" MMC-nin  İşə qəbul üzrə mütəxəssisi Fidan Quluzadə, saat 18:00-da isə Azərsun Holdinqin Treyd marketinq departamentinin direktoru Şəmsi Bayramzadə olacaq.

Canlı yayım boyunca izləyicilər öz suallarını UNEC-in rəsmi facebook (fb.com/uneceduaz), youtube (youtube.com/unecofficial) və instagram (instagram.com/uneceduaz) sosial şəbəkələrindən birbaşa ünvanlaya bilərlər.

Qeyd edək ki, canlı yayımın moderatorları UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov və Türk Dünyası İqtisad fakültəsinin tələbəsi Bayram İsmayılov olacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay