A

UNEC-in 90 illik yubiley tədbirləri çərçivəsində keçirilən Online Karyera günlərinin altıncı günündə iki qonaq fərqli saatlarda canlı yayımda olacaq.

16 may saat 11:00-da "Ernst & Young" şirkətinin Audit xidmətləri üzrə meneceri Nizami Yusifli, saat 12:00 "Bank of Baku" ASC-nin  Seçim və yerləşdirmə bölməsinin rəhbəri Rüfət Hacıyev canlı yayımın qonağı olacaq.

Canlı yayım boyunca izləyicilər öz suallarını UNEC-in rəsmi facebook (fb.com/uneceduaz) və youtube (youtube.com/unecofficial) sosial şəbəkələrindən birbaşa ünvanlaya bilərlər.

Qeyd edək ki, canlı yayımın moderatorları UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov və Türk Dünyası İqtisad fakültəsinin tələbəsi Bayram İsmayılov olacaq

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay