10-11 oktyabr tarixlərində İndoneziyanın Depok şəhərində İndoneziya Universiteti (Uİ) “Daha yaxşı dünya qurmaq diləyi ilə” şüarı atlında “Uİ 2017-ci il üzrə Alimlər Sammiti” adlı tədbir təşkil edəcəkdir. Dünyanın aparıcı universitetlərini təmsil edən nümayəndələrin iştirak edəcəyi tədbir 2 gün müddətdinə nəzərdə tutulur. Tədbir 3 hissədən ibarət olacaqdır: tibb elmləri; elm və texnologiya; sosial və humanitar elmlər. Tədbirdə iştirak etmək üçün məqalələrin qəbulu ilə bağlı aşağıdakı tarixlər nəzərdə tutulur: Abstraktın qəbul tarixi : 1 may-1 avqust 2017 Qəbul edilmiş abstraktın elanı : 10 avqust 2017 Məqalənin son qəbul tarixi : 10 sentyabr 2017 Son qeydiyyat : 10 sentyabr 2017 İştirakçılar ödənişsiz qeydiyyat, yaşayış, oteldən məkana nəqliyyatla təmin ediləcək; iştirakçılar üçün nəzərdə tutulmuş mədəniyyət gəzintisində iştirak edəcəklər. Ətraflı məlumatı İndoneziya Universitetinin Beynəlxalq Əlaqələr Ofisindən əldə etmək olar: Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay