ECO region ölkələrinin tələbələri üçün “The AppIdea2R Contest” müsabiqəsi elan olunmuşdur. ECO ölkələrinə Azərbaycan da daxil olmaqla 10 ölkə daxilidir. Bu ölkələrə Turkiyə, Turkmənistan, Özbəkistan, Taciqıstan, Pakistan, Qırğızıstan, Qazaxıstan, İran və Əfqanistan daxildir. “The AppIdea2R Contest” müsabiqəsi BMT tərəfindən növbəti 15 il üçün müəyyən olunan “Dayanıqlı İnkişaf Hədəfləri”nə daxil olan 17 sahə üzrə problemlərin həll olunması üçün ideyaların irəli sürülməsi və ən yaxşı ideyaların tətbiqi üçün proqramların hazırlanmasından ibarətdir. UNEC tələbləri də müsabiqədə iştirak üçün dəvət olunmuşlar. Əsas hədəf ideyaların həyata keçirilməsi üçün proqram təminatının hazırlanmasında ibarətdir. İştirak etmək istəyən tələbə və ya komandalar 7 İyul 2017-ci il tarixindən etibarən http://www.appidea2r.com/ veb səhifəsində qeydiyyatdan keçməlidirlər. Layihənin qaliblərinə pul mükafatrı veriləcəkdir. Ətraflı məlumatı http://www.appidea2r.com/ veb səhifəsindən əldə edə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay