A

Aprelin 27-28-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı keçiriləcək.

Konfransın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunması və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaqdır.

“Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı”-nın əsas elmi istiqamətləri aşağıdakılardır:

  • Mühəndislik elmləri
  • Təbiət elmləri
  • İqtisadiyyat elmləri
  • Filologiya elmləri
  • Pedaqogika
  • Tarix və Hüquq

Tələbə və magistrləri konfransda iştirak etməyə dəvət edirik!

Ətraflı məlumatla buradan tanış ola bilərsiniz. http://yric.az

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay