18-20 oktyabr tarixlərində Bakı şəhərində "Xəzər və Orta Asiya regionunun enerji sektoruna qlobal dəyişikliklərin təsiri" adlı Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (İAEE) 3-cü Avrasiya Konfransı keçiriləcək.
Tədbirin məqsədi biznes, dövlət və akademik müəssisələrin iştirakı ilə Avrasiya regionunda energetika ilə əlaqəli məsələləri müzakirə etməkdir.
Konfransda dövlət qurumlarının nümayəndələri ilə yanaşı, ABŞ, Türkiyə, Xorvatiya, Sloveniya, MDB ölkələrindən mütəxəssislərin iştirakı gözlənilir.
Tədbir barədə ətraflı məlumatı rəsmi internet səhifəsindən əldə etmək olar (http://www.eurasianconference.org/baku2018/index.html).