A

10-12 dekabr 2018-ci il tarixlərində Bakıda “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçiriləcək.

Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı, "Gənclər Turizmi" İctimai Birliyinin elmi-texniki dəstəyi ilə baş tutacaq.

Konfransın əsas məqsədi sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən gənc alimləri, tədqiqatçıları bir araya gətirmək, təcrübələrini bölüşmək, həmçinin bu sahədə çalışan gənc mütəxəssislərin yeni ideya və elmi nəticələrinin paylaşılması və müzakirə olunması üçün uyğun platforma təqdim etməkdir.

Konfransın əsas mövzuları sırasına sağlamlıq turizmi qeyri-neft sektorunun inkişafında rolu, səhiyyə turizmi üçün innovativ yanaşmalar, dünyanın tibbi və sağlamlıq turizmi, sağlamlıq və müalicə turizmində yeni tendensiyalar və digər məsələlər daxildir. Tədbirdə həmçinin beynəlxalq səhiyyə akkreditasiyası, tibbi və sağlamlıq turizmi üçün təyinatlar, sağlamlıq turizmində marketinq strategiyaları, sağlamlıq və müalicə turizmində insan resurslarının problemləri və imkanları və digər məsələlər müzakirə ediləcək.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay