14 noyabr 2018-ci il tarixində saat 10.00-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas tədris binasında “Azərbaycanın iqtisadi inkişaf strategiyası" mövzusunda elmi konfrans keçiriləcək.
Tədbir “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritə”lərinə həsr olunacaqdır.
Tədbirdə iştirak etmək arzusunda olanlar UNEC-in “Elmi fəaliyyətin təşkili və idarə edilməsi” departamentinin böyük mütəxəssisi Ülviyyə Məmmədova ilə əlaqə saxlayıb qeydiyyatdan keçə bilərlər.
Əlaqə telefonu: 492-72-98