A

20-21 aprel 2019-cu il tarixlərində İspaniyanın Barselona şəhərində “Biznes əlaqələrinin təşviqi və parlaq gələcək üçün aparılan iqtisadi tədqiqatlar” mövzusunda İqtisadi Araşdırma və Menecmentin Dinamikası üzrə II Beynəlxalq Konfrans  keçiriləcək.

Konfransda universitetin akademik heyəti, tədqiqatçı, doktorant, dissertant və tələbələr öz elmi əsərlərində innovativ ideyaların və trendlərin tətbiqinin öyrənilməsi məqsədilə iştirak edə bilər. 

Son müraciət tarixləri:

4 mart 2019-cu il – ilkin müraciət
5 aprel 2019-cu il – xülasələrin təqdim olunması
12 aprel 2019-cu il – tam məqalələrin təqdim olunması

Konfrans materialları İSİ, Scopus, Google Scholar beynəlxalq bazasında indeksləşir.

Konfransın əsas mövzuları:

  • Sosial və ictimai araşdırmalar;
  • Mədəniyyət;
  • Humanitar elmlər;
  • Sivil və Siyasi Araşdırmalar;
  • Mədəniyyət və Qlobal Araşdırmalar;
  • Ətraf mühit araşdırmaları;
  • Təşkilatı elmlər;
  • Təhsil;
  • İqtisadiyyat, maliyyə və mühasibat uçotu;
  • Biznes və Menecment elmləri.

Ətraflı məlumat: http://gissf.com/upcoming-conferences/dmer-2019/  
Ünvanı: Novotel Barselona Sant Joan Despi, İspaniya

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay