23-24 mart 2019-cu il tarixlərində Barselona (İspaniya)  şəhərində İqtisadiyyat, Sosial elmlər və Ticarətin İnkişafı sahəsində qabaqcıl tədqiqatlar üzrə II Beynəlxalq Konfrans  (CARS-19) keçiriləcək. Yeni sosial dinamikalardan qaynaqlanan sosial dəyişiklikərdən bəhs edəcək konfransın məqsədi dünyanın aparıcı alimləri və fikir liderlərini bir yere toplayaraq biznesin idarə olunması, iqtisadi və sosial elmlərlə bağlı yaranan elmi məsələlər və tədqiqat metodologiyaları ilə bağlı biliklərimizi artırmaqdan ibarətdir.

Son müraciət tarixləri:

10 yanvar 2019-cu il – ilkin müraciət;

15 yanvar 2019-cu il – xülasələrin təqdim olunması;

13 mart 2019-cu il – tam məqalələrin təqdim olunması.

Konfrans materialları Scopus beynəlxalq bazasında indeksləşir.

Konfransın əsas mövzuları:

  • Ərazi tədqiqatları;
  • Beynəlxalq tədqiqatlar;
  • Beynəlxalq münasibətlər;
  • Mədəniyyət sahəsində tədqiqatlar;
  • Sosial elmlər;
  • Kommunikasiya;
  • Psixologiya;
  • Təhsil;
  • Biznes sahəsində araşdırmalar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay