A

18-21 iyun 2019-cu il tarixlərində  Lyon (Fransa)  şəhərində E-ticarət, E-biznes və E-hökümət (ICEEG 2019) mövzusunda III Beynəlxalq Konfrans  keçiriləcəkdir.

Konfrans hər 3 istiqamət üzrə yeni fikirlər mübadiləsini və son nəticələrin müzakirəsini aparmaq üçün alimləri, tədqiqatçıları və tələbələri bir yerə toplamaq məqsədi daşıyır. Buraya tanınmış əsas məruzəçilərin iştirakı, elmi məruzələr, posterlər və Elmi Proqramda müzakirə olunacaq mövzularla bağlı texniki konfranslar daxildir.

Son müraciət tarixləri:

20 fevral 2019- ilkin müraciət;
10 mart 2019- son bildiriş;
30 mart 2019- son qeydiyyat;

Konfrans materialları Scopus, EI Compendex beynəlxalq bazalarında indeksləşir.

Konfransın əsas mövzuları:

  • Mühasibat;
  • Böyük məlumatların analitikası və proqnozlaşdırıcı modelləşdirmə;
  • Broker-Diler Uyğunluğu & Tənzimlənmə;
  • Kapital bazarları;
  • İqtisadi inkişaf;
  • İqtisadi metodologiya;
  • İqtisadi siyasət;
  • İqtisadi sistemlər;
  • İnkişaf edən şirkətlər & Vençur kapitalı;
  • Sahibkarlıq;
  • Maliyyə xidmətləri;
  • Maliyyə texnologiyası;
  • Məxfilik və məlumat təhlükəsizliyi;
  • Data Mininq alqoritmi üzrə tədqiqat;
  • Texnologiya əməliyyatları.

Konfrans haqqında geniş məlumat   http://www.iceeg.org/ saytında göstərilib.
Keçirilmə ünvanı: INSEEC Biznes Məktəbi, Lyon Kampusu, Fransa.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay