A

V Beynəlxalq Menecment, Biznes və İqtisadiyyat Konfransı (İCMBE) və VII Beynəlxalq Turizm, Nəqliyyat və Logistika Konfransı (İCTTL) keçiriləcək.

4-6 aprel 2019-cu il tarixlərində  Moskva (Rusiya) şəhərində Menecment, Biznes və İqtisadiyyat mövzusunda V Beynəlxalq (İCMBE) və Turizm, Nəqliyyat və Logistika (İCTTL) mövzusunda VII Beynəlxalq konfrans keçiriləcəkdir. Konfransın məqsədi idarəetmə, biznes, iqtisadiyyat, mühasibatlıq, turizm, nəqliyyat, logistika və biznes tədqiqatları sahəsində araşdırmaların aparılması  üzrə istiqamətlərin  verilməsidir.  

Son müraciət tarixləri:

28 fevral 2019-cu il – ilkin müraciət;
7 mart 2019-cu il – xülasələrin təqdim olunması;
15 mart 2019-cu il – tam məqalələrin təqdim olunması.

Konfrans materialları Scopus beynəlxalq bazasında indeksləşir.

Konfransın əsas mövzuları:

  • Marketinq;
  • Xidmət Menecmenti;
  • Biznesdə İnnovasiya və Dizayn;
  • Maliyyə;
  • Bank işi;
  • Mühasibat;
  • İqtisadiyyat;
  • Sığorta və Risklərin idarə edilməsi;
  • İstehsalat;
  • Sənayenin təşkili və idarə edilməsi;
  • Strateji İdarəetmə;
  • Beynəlxalq və Qlobal Biznes Menecmenti;
  • Sahibkarlıq;
  • Təşkilati davranış;
  • Biznes sistemi & Biznes etikası & Biznes hüququ;
  • Turizmin idarə edilməsi;
  • Davamlı turizmin nəzəri perspektivləri;
  • Turizm Siyasəti, İnkişafı və Planlaşdırılması;
  • Davamlı turizmin inkişafında yerli hökümətin rolu;
  • Turistlərə və Turizmə qarşı ictimaiyyətin cavabı;
  • Turizmin iqtisadi, sosial, mədəni təsirləri;
  • Avropa Şurasının davamlı turizm siyasəti;
  • Turizmin tədrisi və davamlı inkişafda rolu;
  • Nəqliyyat və Turizm;
  • Satınalma və Təchizat;
  • İstehsal və İnventar;
  • Xidmət əməliyyatları;
  • Təchizat Zənciri Menecmentinin inkişaf etdirilməsi;
  • Planlaşdırma və Proqnozlaşdırma;
  • İnventarlaşdırma və İcraetmənin idarə edilməsi;
  • İstehsalın Planlaşdırılması və Əməliyyatların Araşdırılması Tətbiqləri;
  • Qlobal Təchizat Zəncirinin İdarə Edilməsi;
  • Təchizat Zəncirinin İdarəedilmə Texnologiyası və Tətbiqi.

Konfrans haqqında geniş məlumat   http://www.icmbe.net/?pid=1   linkində göstərilib.
Keçirilmə ünvanı: Marco Polo Presnja oteli, Moskva, Rusiya.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay