5-7 aprel  2019-cu il tarixlərində  Portuqaliyada  Enerji İqtisadiyyatı və Enerji Siyasəti mövzusunda III Beynəlxalq Konfrans  (İCEEEP 2019) keçiriləcəkdir.

Konfransın məqsədi qeyd olunan mövzuda elmi araşdırmalar və elmi nəticələrin təqdim edilməsinə, bununla da, müxtəlif sahələrdə iştirak edənlərin yeni fikir və təcrübələrini paylaşmasına, biznes əlaqələrini qurulmasına və gələcək əməkdaşlıq üçün qlobal tərəfdaşlar tapmasına şərait yaratmaqdan ibarətdir.  Konfransda universitetin akademik heyəti, tədqiqatçılar, doktorantlar və dissertantlar öz elmi məqalələri ilə iştirak edə bilərlər.

Son müraciət tarixləri:

30 yanvar 2019-cu il – ilkin müraciət;
20 fevral 2019-cu il – bildiriş tarixi;
5 mart 2019-cu il – son qeydiyyat tarixi.

Konfrans materialları Scopus, EI (INSPEC, İET), EBSCO, DOAJ, Ulrichs Perdiodicalss Directory, Google Scholar, Crossref beynəlxalq bazalarında indeksləşir.

Konfransın əsas mövzuları:

  • Yaşıl enerjiyə dair AŞ, ABŞ və Çin;
  • Trans-milli və Trans-qitə enerji əməkdaşlığı ;
  • Külək, günəş, biokütlə və geotermal elektrik stansiyaları üçün beynəlxalq qaydalar ;
  • Yaşıl enerjiyə keçid üçün dövlət proqramı;
  • Hava çirkliliyi və yaşıl enerjiyə keçid;
  • Hava çirkliliyi və yaşıl mobilliyi ;
  • Yaşıl mobilliyi sənayeyə və cəmiyyətə təsiri;
  • Enerji bazarının siyasi qaydaları;
  • Enerji fond birjaları;
  • Sürətli onlayn enerji ticarəti;

 Keçirilmə ünvanı: Coimbra, Portuqaliya.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay